
Üzüm dadlı və çox faydalı bir meyvədir. Tərkibində bol miqdarda antioksidant, vitamin və minerallar var.
Foodinfo.az üzümün 6 əsas faydasını təqdim edir:
1. Üzüm, xüsusilə qara üzüm, "resveratrol" adlı güclü antioksidantla zəngindir. Bu maddə qan damarlarını qoruyur, xolesterolu tənzimləyir və ürək-damar xəstəliklərinin riskini azaldır.
2. Bu meyvə liflə zəngindir. Bu isə həzmi tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq mikroflorasını gücləndirir.
3. C vitamini və antioksidantlar sayəsində bədəni infeksiyalara qarşı qoruyur. Soyuqdəymə və qripə qarşı müqaviməti artırır.
4. Üzüm antioksidantlarla zəngin olduğu üçün dərini gənc saxlayır, qırışların qarşısını alır. Eyni zamanda gözləri sərbəst radikalların zərərindən qoruyur.
5. Araşdırmalar göstərir ki, üzümdəki faydalı maddələr yaddaşı gücləndirir və beyindəki qan dövranını yaxşılaşdırır.
6. Bədəndəki toksinləri atmağa kömək edir. Üzüm tərkibindəki su və təbii maddələrlə bədəni təmizləyir, qaraciyəri dəstəkləyir və orqanizmdə yığılan zərərli maddələrin atılmasını sürətləndirir.