
Yay aylarında düzgün qidalanmaq orqanizmin yüklənməsinin qarşısını almaq üçün xüsusilə vacibdir. Foodinfo.az xəbər verir ki, tanınmış dietoloq Yelena Solomatina isti havalarda bəzi məhsulların orqanizm üçün artıq yük yaratdığını bildirib. Onun sözlərinə görə, isti hava şəraiti bədəni əlavə stressə salır və enerji əsasən temperaturla mübarizəyə yönəldilir.
"Bu dövrdə həzmi çətin olan qidalardan uzaq durmaq lazımdır", — deyə Solomatina bildirib. Dietoloq xüsusilə quzu, mal ətinin – xüsusilə də qızartma və kabab formasında hazırlanmış növlərinin – isti günlərdə həzmə ağır gəldiyini vurğulayıb.
O həmçinin isti havalarda alkoqollu içkilərin istifadəsinin təhlükəli olduğunu bildirib. Bundan əlavə, sinir sistemini həddindən artıq oyadan məhsullar – qara çay, qəhvə, şokolad və kakao da istidə məsləhət görülmür.
"Bu cür məhsullar orqanizmin istiliklə mübarizəsini daha da çətinləşdirir", – deyə Solomatina əlavə edib.