Yaşlı qadınlarda çay içməyin sümüklərin möhkəmliyini artırdığı müəyyən edilib. Foodinfo.az NEWS.ru-ya istinadla xəbər verir ki, bu nəticə “Nutrients” jurnalında dərc olunmuş araşdırmadan əldə edilib.

Tədqiqatda 65 yaşdan yuxarı 9704 qadının sağlamlıq vəziyyəti izlənilib. Onların bud sümüklərinin minerallaşma sıxlığı bir neçə dəfə ölçülüb və hər gün içdikləri çay və qəhvə miqdarı soruşulub. Nəticədə məlum olub ki, çay içən qadınlarda sümük sıxlığı daha yüksəkdir. Qəhvə ümumilikdə sümük sağlamlığına əhəmiyyətli təsir göstərməyib.

Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, bəzi çay növlərinin, məsələn, matçanın çox miqdarda içilməsi qaraciyərə əlavə yük gətirə və mədə problemlərinə səbəb ola bilər. Bu içkilər yalnız kiçik dozalarda faydalıdır, həddindən artıq qəbul zərər verə bilər.