Payız dövründə sinir sisteminin normal işləməsini təmin etmək üçün məhsulların düzgün seçimi və birləşdirilməsi önəmlidir. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistik bildirib ki, qida orqanizm üçün sadə və təbii dəstək vasitəsidir.
Mütəxəssis deyib ki, triptofanla zəngin məhsullar B qrupu vitaminləri, maqnezium, sink və mürəkkəb karbohidratlarla birləşdirildikdə təbii antidepressant rolunu oynayır. Belə rasion həm əhval-ruhiyyəni stabilləşdirir, həm də enerji dalğalanmalarının qarşısını alır.
Çistik əlavə edib ki, düzgün tərtib olunmuş payız rasionu sinir sistemi üçün vacib maddələrin təmin olunmasına kömək edir və insanın psixoloji vəziyyətini yaxşılaşdırır. Onun sözlərinə görə, balanslı qidalanma və düzgün məhsul kombinasiyaları həm sağlamlıq, həm də gündəlik fəaliyyət üçün əsasdır.






