Son günlər sosial şəbəkələrdə geniş yayılan su pəhrizi haqqında mütəxəssislər xəbərdarlıq edirlər. Bu pəhriz yalnız su içməklə qısa müddətdə çəki itirməyi vəd etsə də, həkimlər onun sağlamlıq üçün ciddi risk daşıdığını bildirirlər.

Foodinfo.az xəbər verir ki, su pəhrizi zamanı gün ərzində yalnız su qəbul edilir və heç bir kalorili qida yeyilmir. Bu səbəbdən çəkidə sürətli azalma müşahidə olunsa da, həkimlər bunun əsasən su və əzələ itkisi hesabına baş verdiyini vurğulayırlar. 

Bu üsul metabolizmi zəiflədir, orqanizmdə vitamin-mineral çatışmazlığı yaradır və uzun müddət davam etdirildikdə ürək ritm pozuntusuna qədər gətirə bilər.

Xüsusilə şəkərli diabet, təzyiq, mədə-bağırsaq və digər xroniki xəstəlikləri olan şəxslərin bu pəhrizdən uzaq durmasını tövsiyə edirlər. Eyni zamanda hamilə və ana südü verən qadınlara da bu üsulu tətbiq etməmək məsləhət görülür.

Ekstremal pəhrizlər əvəzinə balanslı qidalanma, gündəlik fiziki aktivlik və maye qəbulunun artırılmasının daha sağlam və uzunmüddətli nəticə verir.