Bəzi qidalar çox vaxt təbii və qatqısız kimi qəbul edilsə də, əslində bağırsaq sağlamlığına zərər verə bilən məhsullar siyahısında yer alır. Bu qidalar düzgün istifadə edilmədikdə mikrofloranı pozur, iltihab yaradır və həzm sistemini zəiflədir.
Foodinfo.az təbii görünüb bağırsaqlara zərər verən 5 qidanı təqdim edir:
1.Qarğıdalı lopaları
Çoxları bunu “sadə, təbii qarğıdalı məhsulu” hesab edir, lakin yüksək glisemik indeksə malikdir, tez şəkərə çevrilir, bağırsaqda iltihabı artırır, mikrofloranı zəiflədir.
2. Meyvə şirələri (təbii sıxılmış olsa belə)
Təbii meyvə şirəsi belə, şəkəri sürətlə qana buraxır, lif olmadığı üçün bağırsağı yükləyir, həzm prosesini pozur, şişkinlik və qaz yaradır. Meyvənin özü şirədən qat-qat sağlamdır.
3. Balıq konservləri
Çox vaxt bu məhsullarda duz miqdarının çoxluğu, gizli konservantların olması bağırsaq divarının iltihabına səbəb olur. Həmçinin qutuların daxili örtüyü (BPA) mikrofloraya mənfi təsir göstərir.
4. Paketli qatıq və kefirlər
Hər nə qədər “təbii” görünsə də, bir çoxunda stabilizatorlar, qalınlaşdırıcılar, az miqdarda real probiotik mövcud olur. Bu əlavələr bağırsaq bakteriyalarının balansını pozur.
5. Quru meyvələr
Kişmiş, qaysı, xurma təbii qida kimi düşünülür, amma çox yüksək fruktoza ehtiva edir, tez fermentasiya olur, qaz, şişkinlik və ishal yaradır, bağırsaq florasını zəiflədir.
Xüsusilə həssas bağırsağı olanlarda problem daha tez yaranır.
Bəs nə etməli?
– Qida etiketlərini oxumaq
– Daha çox təbii, lifli qidalar yemək
– Fermentləşdirilmiş qidaları (ev kefiri, turşu) artırmaq
– Şirniyyat və paketli məhsulları minimuma endirmək






