Qızardılmış yeməklər ağciyərlərdə iltihabi prosesləri gücləndirə bilər. Trans yağlarla zəngin olan bu qidalar tənəffüs yollarında daralma və nəfəs darlığına səbəb olur. Şirin qazlı içkilər tərkibindəki yüksək fruktoza miqdarı ilə ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərir.

Foodinfo.az bildirir ki, emal olunmuş ət məhsulları – sosis, kolbasa və hisə verilmiş ətlər – ağciyər xəstəlikləri riskini artırır. Onlarda olan nitrat və konservantlar nəfəs yollarında qıcıqlanma yarada bilər. Duzlu qidaların həddindən artıq istehlakı maye yığılmasına və ağciyər ödeminə səbəb ola bilər. Ağ undan hazırlanmış məhsullar ağciyərlərdə selik artımına yol aça bilər. Marqarin və emal olunmuş yağlar da iltihabi reaksiyanı gücləndirə bilər.

Süni dadlandırıcılar bəzi insanlarda tənəffüs allergiyasını tetikleyə bilər. Spirtli içkilər ağciyərlərin toxuma bərpasını ləngidə bilər. Həddindən artıq kofein tənəffüs ritmini poza bilər, xüsusilə astma xəstələri üçün risklidir. Ağciyərləri qorumaq üçün təbii, təzə və az işlənmiş qidalar seçilməlidir.