
Missisipi Universitetinin yeni araşdırması göstərib ki, fasiləli oruc tutmağı məşqlə birləşdirmək əzələ itkisinə səbəb olmadan daha səmərəli yağ yandırmağa kömək edir.
Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, əsas diqqəti idmana və ya pəhrizə yönəldən ənənəvi yanaşmadan fərqli olaraq, bu üsul hər iki elementi birləşdirir və arıqlamağa hərtərəfli yanaşma təklif edir.
Fasiləli oruc, gün ərzində qida qəbulu vaxtının məhdudlaşdırılmasını, həzm və bədənin bərpası üçün boş vaxt buraxmağı nəzərdə tutur. “International Journal of Obesity” jurnalında dərc olunmuş araşdırma təsdiq edir ki, bu strategiya təkcə arıqlamağa kömək etmir, həm də ümumi fiziki vəziyyətinizə müsbət təsir göstərən əzələ kütləsini qoruyur.
Tədqiqatın rəhbərləri Nadija Wijayatunga və Michael Hayes qeyd etdilər ki, belə üsullar fərdi yanaşma tələb edir: optimal pəhriz və idman rejimini seçmək üçün mütəxəssislərlə məsləhətləşmələr lazımdır.