Zeytun yağı sağlam yağlar arasında ən faydalılardan biri hesab olunur. Foodinfo.az bildirir ki, bu yağ ürək-damar xəstəliklərinin riskini, iltihabları azaldır və xolesterinin səviyyəsini normallaşdırır.

Mütəxəssislər hesab edir ki, hər gün bir qaşıq zeytun yağı qəbul etmək həzm sistemini yaxşılaşdırır, dəri üçün təbii nəmləndirici və antioksidant rolunu oynayır.

Zeytun yağının yeməklərdə istifadəsi kalori dəyəri yüksək olsa da, sağlamlığa faydalıdır.  Xüsusilə sümük sağlamlığına da müsbət təsir edir. Yaşlı insanlarda sümüklərin tez aşınmasının qarşısının alınmasında müsbət təsirə malikdir.