
Kakos suyu təbii elektrolitlərlə zəngin, təravətləndirici və bədəni su ilə təmin edən faydalı bir içkidir. Lakin onu içərkən bəzi vacib məqamlara diqqət etmək lazımdır.
Foodinfo.az kakos suyu içərkən diqqət edilməli nüansları təqdim edir:
1. Təbii və şəkərsiz olanı seçin
Hazır şəkildə satılan kokos sularının bəziləri əlavə şəkər, konservant və dadlandırıcılarla zəngin olur. Təbii və şəkərsiz olanı seçmək daha sağlam seçimdir.
2. İdeal vaxt: İdmandan sonra və ya səhərlər
Kakos suyu təbii elektrolitlərlə dolu olduğundan, idmandan sonra bədəni enerji və su tarazlığı ilə təmin edir. Səhərlər acqarına içmək də bədəni təmizləməyə kömək edir.
3. Miqdarına nəzarət edin
Hər şeydə olduğu kimi, kakos suyunun da həddindən artıq qəbulu bəzən ishal və elektrolit disbalansına səbəb ola bilər. Gündə 1 stəkandan çox içmək tövsiyə olunmur.
4. Xroniki xəstəlikləri olanlar həkimlə məsləhətləşməlidir
Xüsusilə böyrək xəstəliyi və ya qan təzyiqi olanlar diqqətli olmalıdır. Kokos suyunda kalium çox olduğundan bəzi hallarda bədənə zərər verə bilər.
5. Sərin şəkildə içmək daha faydalıdır
Kakos suyunu otaq temperaturunda və ya bir qədər soyudulmuş halda içmək həm dad, həm də təsir baxımından daha uyğundur. Buzla qarışdırmaq tövsiyə olunmur, təsirini zəiflədə bilər.
6. Müddətə və saxlanma şəraitinə diqqət edin
Təbii kakos suyu tez xarab olur. Açıldıqdan sonra soyuducuda 24 saatdan artıq saxlanmamalıdır. Hazır şüşələnmişlərdə isə istehsal və son istifadə tarixinə baxmaq vacibdir.
Kakos suyu bədəni hidratlaşdırır, əzələ ağrılarını azaldır, dərini və saçları canlandırır, həzm sistemini dəstəkləyir və immuniteti gücləndirir.