
Bal təbii antiseptik və antibakterial təsiri ilə tanınır. Foodinfo.az bildirir ki, bal qida zəhərlənmələri və qrip kimi infeksiyaların qarşısını almaqda effektivdir. Tərkibindəki enzimlər yaraların sağalmasını sürətləndirir və immun sistemini gücləndirir.
Balın iltihab əleyhinə xüsusiyyətləri boğaz ağrısını yüngülləşdirir. Hər gün bir qaşıq bal qəbul etmək enerji səviyyəsini artırır. Eyni zamanda şəkər əvəzi kimi istifadə ediləndə daha sağlamdır.
Mütəxəssislər qeyd edir ki, bal tərkibindəki antioksidantlarla dərini cavanlaşdırır və parlaq edir. Lakin burada da bəzi məhdudiyyətlər var. Belə ki, uşaqlar üçün balın istifadəsi 1 yaşdan sonra tövsiyə olunur. Həmçinin alergiyası olanlar, diabet xəstələri ehtiyatlı olmalıdır.