
Bildirçin yumurtası kiçik olsa da, qida dəyəri baxımından çox zəngin və faydalı bir məhsuldur. Uşaqlardan tutmuş böyüklərə qədər bir çox insanın sağlam qidalanma planına əlavə edilə bilər.
Foodinfo.az bildirçin yumurtasının faydalarını təqdim edir:
– Bildirçin yumurtası A, B12, D vitamini və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmin müdafiə sistemini möhkəmləndirir və viruslara qarşı daha güclü edir.
– Toyuq yumurtasına allergiyası olan bir çox insanda bildirçin yumurtasına qarşı reaksiya olmur. Lakin hər halda ilk dəfə istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
– Yüksək miqdarda kolin və B qrupu vitaminləri sayəsində yaddaşı gücləndirir, konsentrasiyanı artırır və uşaqların beyin inkişafına töhfə verir.
– Xüsusilə qan azlığı (anemiya) problemi olanlar üçün faydalıdır. Dəmir və zülal bədənin enerji səviyyəsini artırır və əzələlərin inkişafına kömək edir.
– Yumşaq tərkibi və təbii yağları ilə bağırsaqları qıcıqlandırmadan həzmi asanlaşdırır.
Uşaqlar gündə 1–2 ədəd bişmiş (qaynadılmış) bildirçin yumurtası yeyə bilər. Xüsusilə böyümə və inkişaf dövründə zülal ehtiyacını qarşılamaqda yardımçıdır.
Çiy halda istifadə edilməməlidir (infeksiya riski ola bilər). Həddindən artıq istehlak allergik reaksiya və qəbizlik yarada bilər. Yaxşı yuyulmalı və tam bişmiş şəkildə yeyilməlidir.