
Yumurta sarısı vitamin və minerallarla zəngin qida mənbəyidir. Foodinfo.az bildirir ki, o, D vitamini, B12 və xolinin əsas mənbəyidir ki, bu maddələr beyin funksiyalarını və sinir sistemini gücləndirir. Həmçinin yumurta sarısının tərkibindəki sağlam yağlar ürək-damar sağlamlığını dəstəkləyir.
Lakin mütəxəsssilər hesab edir ki, yüksək xolesterin problemi olan şəxslər miqdarına diqqət etməlidir. Belə ki, gündə 1-2 yumurta sarısı sağlam insanlar üçün təhlükəsiz sayılır. Lakin alergiyası olanlar bu məsələdə diqqətli olmalıdır. ehtiyatlı olmaq lazımdır.