Sağlam qidalanma mövzusu ilə bağlı aparılan araşdırmalar bəzi məhsulların xüsusi üstünlüklərə malik olduğunu göstərir. Mütəxəssislər bildirirlər ki, az kalorili, lakin vitamin və faydalı maddələrlə zəngin qidalar gündəlik rasion üçün ideal hesab olunur. Foodinfo.az “NEWS.ru” saytına istinadla xəbər verir ki, qida mütəxəssisi Yelena Jelyanina kres-salatı planetin ən faydalı məhsullarından biri kimi dəyərləndirib. Onun sözlərinə görə, bu yarpaqlı tərəvəz qida dəyərinin yüksəkliyi ilə seçilir.
Mütəxəssis qeyd edib ki, kres-salat çox az kalorili olmasına baxmayaraq, tərkibində yüksək miqdarda vitamin saxlayır. Cəmi 35 qramında gündəlik K vitamini ehtiyacını qarşılamaq mümkündür. Eyni zamanda bu miqdarda C və A vitaminləri də mövcuddur. Bu vitaminlər immun sisteminin möhkəmlənməsində, sümüklərin sağlamlığında, dərinin və görmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır.
Jelyanina bildirib ki, kələmkimilər fəsiləsinə aid olan kres-salat bioloji fəal maddələrlə zəngindir. Onun tərkibində hüceyrələri qoruyan və iltihab proseslərini azaldan maddələr mövcuddur. Bu xüsusiyyətlər orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərir.
Mütəxəssis əlavə edib ki, kres-salatda göz sağlamlığını dəstəkləyən maddələr də var. Bu maddələr torlu qişanın qorunmasına kömək edir və yaşla bağlı görmə zəifləməsinin qarşısını almaqda rol oynayır. Az enerji dəyərinə malik olması isə onu çəkiyə nəzarət edənlər üçün uyğun edir.
Qida mütəxəssisinin fikrincə, kres-salat gündəlik qidalanmaya asanlıqla əlavə oluna bilər. Salatlara və hazır yeməklərə qatılaraq orqanizmi əlavə vitamin və faydalı maddələ təmin etmək mümkündür.






