Balıqla birlikdə kola kimi qazlı və şəkərli içkilərin istehlakı orqanizmə bir sıra mənfi təsirlər göstərə bilər. Ən çox sevilən fast-food kombinasiyalarından biri olsa da, bu vərdiş sağlamlıq üçün təhlükəsiz deyil.

Foodinfo.az xəbər verir ki, balıq zülal və faydalı yağlarla zəngindir, lakin kola yüksək şəkər və turşuluq dərəcəsinə malikdir. Bu iki məhsul birləşdikdə mədədə turşuluq balansını poza bilər, nəticədə həzmsizlik, köp, qarın ağrısı və yanma hissi yarana bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, koladakı fosfor turşusu və qazlı maddələr balığın tərkibindəki bəzi minerallarla reaksiyaya girərək kalsiumun sorulmasını azalda və sümük zəifliyinə gətirib çıxara bilər.

Bundan əlavə, soyuq qazlı içkilər mədə fəaliyyətini zəiflədir, bu da balığın həzmini çətinləşdirir və uzunmüddətli perspektivdə mədə-bağırsaq xəstəlikləri riskini artırır.

Qidalanma üzrə ekspertlərin tövsiyəsinə görə, balıq yeməkləri zamanı su, limonlu ilıq su, təbii meyvə şirələri və ya bitki çayları daha sağlam seçim sayılır.