Duz istifadəsinin çoxluğu sağlamlığa mənfi təsir göstərir, amma onu azaltmaq mümkündür, Foodinfo.az “Aif.ru” saytına istinadla xəbər verir.

  1. Ədviyyat və otlar əlavə edin – Kurkuma, kimyon, sarımsaq, darçın, həm dad verir, həm də xolesterini və qan şəkərini normada saxlayır. Pomidor, göbələk və fermentləşdirilmiş məhsullar yeməkləri dadlandırmaq üçün uyğundur.

  2. Aşağı natriumlu duza keçin – Bu, təzyiqi yüksəldən natrium miqdarını azaldır.

  3. Hazır məhsullara diqqət edin – Quru səhər yeməkləri və işlənmiş qidalar çoxlu gizli duz ehtiva edir. Tam taxıllı məhsullar və paxlalılar seçmək daha faydalıdır.

  4. Kaliumlu qidaları artırın – Meyvə və tərəvəzlər, balıq, kartof, banan, ispanaq, ərik və yoqurt natriumun mənfi təsirini azaldır. Kalium natriumun antaqonisti olaraq artıq duzu orqanizmdən çıxarmağa kömək edir.

  5. Fərqli sos və souslardan istifadə edin – Balzam sirkəsi, limon şirəsi, yoqurt, tahini kimi təbii əlavələr yeməklərə maraqlı dad qatır və reseptorları duza alışdırır.

Beləliklə, bu sadə dəyişikliklər sayəsində dadlı və sağlam yeməkləri qoruyaraq duz miqdarını azaltmaq mümkündür.