Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəs., B.Bünyadov küç., məh. 2578 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Vüqar MM” MMC-yə məxsus unlu və qənnadı məmulatları istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müəssisənin yardımçı sahələrində (xammal və hazır məhsul anbarları, soyunub-geyinmə sahəsi və s.) havalandırma sisteminin quraşdırılmadığı, istehsal sahəsindəki havalandırma qurğusunun qeyri-işlək vəziyyətdə olduğu, həmçinin xammal anbarının, istehsal sahəsinin və hazır məhsul anbarının tavanı ilə divarlarının asan yuyula bilən və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi aşkar edilib. Eyni zamanda, müəssisədə iş prosesində istifadə olunan bəzi alət və avadanlıqların istifadə üçün yararsız olduğu, işçi masaların və lövhələrin taxta materialdan hazırlandığı, soyunub-geyinmə sahəsinin dolablarla təmin edilmədiyi aşkarlanıb. Müəssisədə təmizlik ləvazimatlarının və yuyucu maddələrin saxlanması, eləcə də içilərin qidalanması üçün ayrıca sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarındakı məhsulların döşəmə və divardan ara məsafəsi gözlənilmədən yığıldığı, istehsal sahəsinin pəncərələrində həşaratlara qarşı qoruyucu torların quraşdırılmadığı da müəyyən olunub.
Yoxlama zamanı müəssisədə təmizlik işlərinin aparılmasına dair xüsusi ixtisaslaşmış qurumla bağlanmış müqavilə və bu işlərin görülməsinə dair təsdiqedici sənədlər təqdim edilməyib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Son xəbərlər
- Mütəxəssis qızardılmış qidaların zərərlərini xatırladıb
- "Veysəloğlu"nun tərəfdaşı olduğu "Gənc Logistikaçılar Məktəbi" layihəsi başa çatıb
- AQTA-da Belarus nümayəndə heyəti ilə görüş keçirilib
- Həkim təzyiqi aşağı salmağa kömək edən məhsullardan danışıb
- Payız pəhrizinə balqabaq yeməklərini daxil edin
- Qızılbalıq və tünd şokolad stresin öhdəsindən gəlməyə kömək edə bilər