Dietoloq və tibb elmləri namizədi Daria Rusakova bildirib ki, kreatin əzələlərdə enerji istehsalının əsas mənbəyidir. O, ATP ehtiyatlarının bərpasına kömək edir və bununla da orqanizmin cavanlaşmasına dəstək olur. Foodinfo.az bildirir ki, mütəxəssis "Veçernyaya Moskva" nəşrinə açıqlamasında kreatinin əsasən mal, quzu, toyuq, skumbriya, tuna və qızılbalıq kimi heyvan mənşəli məhsullarda yüksək miqdarda olduğunu vurğulayıb.

Rusakova qeyd edir ki, hormonal dəyişikliklər və fiziki aktivliyin azalması yaşlı insanlarda əzələ kütləsinin itirilməsinə səbəb olur. Bu səbəbdən diyetoloqlar yaşlılara əzələ tonusunu qorumaq məqsədilə pəhrizə kreatin zəngin qidalar və pəhriz əlavələri əlavə etməyi tövsiyə edirlər.