
Fermentləşdirilmiş süd məhsulu olan kefir bağırsaq sağlamlığı üçün əvəzolunmaz hesab olunur. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Tatyana Makarova “Həzm və Probiotiklər” proqramında məlumat verib. Onun sözlərinə görə, kefirin tərkibində faydalı bakteriyalar – probiotiklər vardır.
Bu bakteriyalar bağırsaq mikroflorasını bərpa edərək həzmi yaxşılaşdırır. Makarova qeyd edir ki, antibiotikdən sonra kefir qəbulu bədəndə balansı tez bir zamanda bərpa etməyə kömək edir. O həmçinin bildirir ki, kefir immun sistemini də gücləndirir və allergiyaların qarşısını almaqda təsirlidir.
Gündə bir stəkan kefir içmək yetərlidir. Lakin laktoza həssaslığı olan şəxslər üçün az yağlı və ya laktozasız kefir tövsiyə olunur.