
Çiyələk yalnız dadlı deyil, həm də sağlamlıq üçün güclü dəstəkdir. Foodinfo.az bildirir ki, immunoloq Lyudmila Şeremetyeva bu barədə “Detoks və Sağlamlıq” proqramında məlumat verib. Onun sözlərinə görə, çiyələk yüksək C vitamini mənbəyidir və orqanizmin müdafiə sistemini gücləndirir.
Şeremetyeva qeyd edir ki, çiyələk həmçinin antosianinlərlə zəngindir və bu maddələr bədəndə iltihabı azaldır. O bildirir ki, gündə bir stəkan çiyələk yemək virus infeksiyalarına qarşı müqaviməti artırır. Həmçinin dəri sağlamlığı və damar elastikliyi üçün də faydalıdır. Lakin çiyələk allergik təsir göstərə biləcəyi üçün ilk dəfə qəbul edərkən miqdar az olmalıdır.