Dondurmanın üstündən su içmək ola bilər, lakin bu bəzi hallarda boğaz və mədə üçün narahatlıq yarada bilər. Burada əsas məsələ sudan sonra bədənin temperatur dəyişikliyinə necə reaksiya verdiyidir.

Foodinfo.az dondurmadan sonra su içməyin ola biləcək fəsadlarını təqdim edir:

1. Boğaz ağrısı və iltihab

Dondurma ilə boğaz soyuyur, dərhal sonra soyuq və ya hətta otaq temperaturunda su içdikdə boğaz toxumalarında qıcıqlanma və iltihaba səbəb ola bilər. Bu, xüsusilə uşaqlarda və zəif immuniteti olan şəxslərdə daha çox rast gəlinir.

2. Həzm problemləri

 Soyuq qidanın və suyun ardıcıl qəbul edilməsi mədə spazmına, qıcqırma və ya şişkinlik hissinə səbəb ola bilər. Xüsusilə həssas mədə sistemi olan insanlar bunu daha tez hiss edə bilər.

3. Qrip və soyuqdəymə riski

Dondurmadan sonra su içmək orqanizmin temperatur balansını dəyişə bilər. Bu da bəzi insanlarda soyuqdəymə və burun axıntısı kimi simptomları sürətləndirə bilər.

Əgər dondurmadan sonra su içmək istəyirsinizsə, ilıq və ya otaq temperaturunda su seçin. Arada 10-15 dəqiqə vaxt qoyun, dərhal içməyin.

Soyuq su əvəzinə bitki çayı və ya ilıq su daha rahat və sağlam seçim ola bilər.