
Alça tərkibindəki təbii turşular, vitaminlər və lif sayəsində bağırsaq sağlamlığına bir neçə cəhətdən müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, alça həzm sistemini stimullaşdırır. Tərkibindəki pəhriz lifi bağırsaq hərəkətlərini aktivləşdirərək qəbizliyin qarşısını almağa kömək edir.
Bu xüsusiyyət xüsusilə yaşıl alçada daha çox nəzərə çarpır, çünki onun turş tərkibi mədə və bağırsaq fəaliyyətini daha da hərəkətə gətirir.
Alçanın tərkibində olan sorbitol və hidroksifenol maddələri yumşaq işlədici təsir göstərir, bu da nəcisin bağırsaqlarda daha rahat hərəkət etməsini təmin edir.
Eyni zamanda, alçadakı antioksidantlar və C vitamini bağırsaqlarda zərərli maddələrin təsirini azaldır, bağırsaq florasının tarazlığını dəstəkləyir.
Amma həddindən artıq alça yemək bəzi insanlarda ishal, qaz və turşuluq hissi yaradır. Xüsusilə həssas mədə-bağırsaq sistemi olanlar miqdarına diqqət etməlidir.