Həkimlər gündə 1 alma yeməyi sağlamlıq üçün vacib hesab edir. Foodinfo.az bildirir ki, almanın tərkibində pektin adlı lif var. Bu lif bağırsaqlarda faydalı bakteriyaların inkişafını dəstəkləyir. Alma həmçinin mədənin işləməsini sürətləndirir.

Tərkibindəki C vitamini immuniteti gücləndirir. Alma qan təzyiqini nizamlayır və ürək sağlamlığını qoruyur. Diş sağlamlığı üçün də alma faydalıdır. Çeynəmə prosesində dişlər təmizlənir və ağız bakteriyaları azalır. Almanın tərkibindəki təbii şəkər enerjini artırır.

Mütəxəssislər almanı qabığı ilə yeməyi tövsiyə edir. Çünki vitaminlərin böyük hissəsi qabığında yerləşir. Günorta saatlarında alma qəlyanaltı kimi ideal seçim sayılır.