Dünyada hər il təxminən üç milyard ton ərzaq israf edilir. Foodinfo.az bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, bu tullantılar qlobal istixana qazlarının təxminən səkkiz faizinə səbəb olur. “The Guardian” qəzetində yer alan hesabatda bildirilir ki, israf edilən qidanın istehsalına sərf olunan su, torpaq və enerji də boş yerə sərf olunur. Bu isə iqlim dəyişikliyini daha da sürətləndirir. Əsas tullantı meyvə, tərəvəz və çörək məhsullarında müşahidə olunur.

Ekspertlər bildirir ki, ev təsərrüfatları bu problemin əsas iştirakçılarından biridir. Bunun qarşısını almaq üçün porsiya planlaşdırması, məhsul saxlama texnikalarının düzgün olması və ikinci dəfə istifadə metodları vacibdir. Bəzi ölkələr artıq ərzaq israfına görə cərimələr tətbiq edir.

Fransa və İtaliya supermarketlərə satılmayan məhsulları xeyriyyə məqsədilə verməyi məcbur edən qanunlar qəbul edib. Mütəxəssislər bildirir ki, qida tullantıları ilə mübarizə həm ekoloji, həm də etik məsələdir. İstehlakçılar fərdi davranışları ilə bu prosesi əhəmiyyətli dərəcədə təsir edə bilərlər. Bu, həm də ərzaq təhlükəsizliyi və sosial ədalət məsələsinə birbaşa təsir edir.