Ayrana qara bibər əlavə edildikdə bu qarışım həzmi yaxşılaşdırmağa kömək edir, mədə turşusunun ifrazını artıraraq yeməklərin daha rahat həzm olunmasını təmin edir. 

Foodinfo.az xəbər verir ki, qara bibərdəki piperin maddəsi maddələr mübadiləsini sürətləndirir və yağ yandırılmasına dəstək verir. 

Ayranın probiotik tərkibi bağırsaq florasını gücləndirərkən qara bibərin antibakterial xüsusiyyətləri zərərli mikrobların qarşısını alır. 

Bu qarışım həmçinin iştahanı artırır, şişkinlik və qaz kimi həzm narahatlıqlarını azaldır. 

Soyuq ayran yerinə bəzən ilıq formada qəbul edildikdə boğaz ağrısı və öskürəyə qarşı da faydalı təsir göstərə bilər. 

Həssas mədəsi olanların çox miqdarda istifadə etməməsi tövsiyə olunur.