Brokkoli yüksək miqdarda C vitamini və fol turşusu ilə zəngindir. Foodinfo.az bildirir ki, bu tərəvəz bədəni viruslardan və bakteriyalardan qorumağa kömək edir. Tərkibindəki sulforafan maddəsi xərçəng riskini azaldır. Mütəxəssislər brokkolini buxarda və ya azca qaynadaraq istifadə etməyi məsləhət görür. Çünki bu zaman vitamin və minerallar daha çox qorunur. Brokkoli qanda şəkər səviyyəsini sabitləşdirir və diabet riskini azaldır. Həmçinin, bədənin detoks prosesini sürətləndirir. Brokkoli tərkibli salatlar iştahanı artırır və arıqlamağa kömək edir. Tərkibindəki K vitamini sümükləri möhkəmləndirir. Bu tərəvəz orqanizmdə iltihabı azaldır və damarları qoruyur. Mütəxəssislər həftədə ən az 2 dəfə brokkoli istehlak etməyi tövsiyə edir. Brokkoli ilə hazırlanan şorbalar da sağlam seçimlər arasındadır.