
Dəniz duzu orqanizmdə detoks effekti yaradır. Foodinfo.az bildirir ki, onun antibakterial xüsusiyyətləri dəri problemlərinə qarşı faydalıdır. Mütəxəssislər dəniz duzlu vannaları dərinin təmizlənməsi üçün məsləhət görür. Bu duz qan dövranını yaxşılaşdırır və sinirləri sakitləşdirir.
Tərkibindəki minerallar dərinin elastikliyini artırır. Xroniki yorğunluq və əzələ ağrılarını aradan qaldırır. Dəniz duzu saç dərisini də gücləndirir və kəpəklə mübarizə aparır. Gündə 1 çimdik dəniz duzu suya əlavə edib içmək həzm sisteminə kömək edir.
Detoks təsiri ilə orqanizmi toksinlərdən təmizləyir. Ağız boşluğunda bakteriyaları öldürür. Daban çatlarını müalicə edir. Dəniz duzu ilə bədən pilinqi də faydalıdır.