
Balqabaq beta-karotinlə zəngin olduğuna görə görmə qabiliyyətini qoruyur. Foodinfo.az bildirir ki, bu tərəvəz dəri üçün də olduqca faydalıdır. Balqabaq immunitet sistemini gücləndirən A vitamini ilə bol miqdarda təmin edir. Onun tərkibindəki liflər həzm sistemini yaxşılaşdırır.
Balqabaq kalorisi aşağı, vitamin və mineral baxımından isə zəngindir. Mütəxəssislər onu şorba, salat və püre şəklində istifadəsini tövsiyə edir. Balqabaq tərkibli yeməklər bağırsaqları təmizləyir və orqanizmi toksinlərdən azad edir. Qanda şəkər səviyyəsini tənzimləyir.
Dəri problemlərinə qarşı da balqabaq faydalıdır. Balqabaq toxumları orqanizmi maqnezium və sinklə zənginləşdirir. Xüsusilə payız-qış mövsümündə balqabaq yeməkləri tövsiyə olunur. Gündəlik menyuda balanslı istifadəsi sağlamlıq üçün faydalıdır.