Bəzən ağızda yaranan aftalar və yaralar insanı narahat edir. Foodinfo.az bildirir ki, balla ağız yaxalamaq bu yaraları sağaltmaq üçün təbii və effektli üsuldur. Bal antibakterial təsirə malikdir. Hətta qədimdə ağız və boğaz problemlərində istifadə olunub.

1 stəkan ilıq suya 1 çay qaşığı bal əlavə edib qarqara etmək kifayətdir. Bu üsul ağız mikroblarını məhv edir. Yaraların qısa müddətdə sağalmasını təmin edir. Diş ətlərini gücləndirir və ağız qoxusunu yox edir.

Mütəxəssislər gün ərzində 2 dəfə bu qarqaranı etməyi tövsiyə edir. Bal dərini və boğazı da yumşaldır. Allergiyası olmayanlar üçün təbii antiseptikdir. Çox köhnə xalq üsulu olub hələ də təsirlidir.