Bir çox insan orqanizmi “təmizləmək” üçün detoks pəhrizlərinə üz tutur. Foodinfo.az bildirir ki, qidalanma üzrə mütəxəssis Yekaterina Belyayeva bu mövzuda vacib məqamları vurğulayıb. Onun sözlərinə görə, detoks pəhrizləri orqanizmin öz təmizləmə mexanizmlərini (qaraciyər və böyrəkləri) əvəz etmir.

Belyayeva bildirir ki, çox vaxt bu pəhrizlər aşağı kalorili və təkrəngli olur, bu isə qida çatışmazlığına səbəb ola bilər. Uzun müddətli detokslar maddələr mübadiləsini poza və immuniteti zəiflədə bilər. Mütəxəssis qeyd edir ki, təmizlənmənin ən sağlam yolu su balansının qorunması, lifli qidalar və hərəkətli həyat tərzidir.

O, həmçinin orqanizmin detoksa deyil, balanslı və davamlı qidalanmaya ehtiyacı olduğunu vurğulayır.