Ramazan ayında qidalanma saatlarının dəyişməsi bəzən həzm problemlərinə səbəb ola bilər.  Bu zaman fermentləşdirilmiş süd məhsulları köməyimizə çatır.

Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatlarına istinadla bildirir ki, fermentləşdirilmiş süd məhsulları (qatıq, kefir, ayran):

- Bağırsaqların normal fəaliyyətini dəstəkləyir.

- Şişkinlik və qəbizliyin qarşısını alır.

- Həzm prosesini asanlaşdırır.

- İftar və imsak süfrəsində rahatlıqla istifadə oluna bilər.

 Bu məhsullar yalnız doymaq üçün deyil, sağlam həzm və rahat oruc üçün də vacibdir.