Mütəxəssislər ətin qida dəyərini itirməməsi üçün "düzgün dondurulma" üsulunun bəzən uzun müddət piştaxtada qalan "təzə" ətdən daha etibarlı olduğunu açıqlayıblar.
Foodinfo.az xəbər verir ki, istehlakçılar arasında hər zaman müzakirə mövzusu olan "hansı ət daha sağlamdır?" sualına qida texnoloqları aydınlıq gətirib. Ümumi rəyin əksinə olaraq, müasir texnologiyalarla dondurulmuş ət bəzi hallarda təzə ətdən geri qalmır.
Araşdırmalar göstərir ki, ət kəsildikdən dərhal sonra "şok dondurulma" (anidən çox aşağı dərəcədə dondurma) prosesindən keçərsə, tərkibindəki zülal, vitamin və minerallar olduğu kimi qorunur.
Təzə ət kəsildiyi andan etibarən bir neçə saat ərzində bişirilərsə, ən yüksək dad və qida keyfiyyətinə malik olur. Lakin soyuducuda uzun müddət (3-4 gündən çox) qalan təzə ətdə bakteriyaların çoxalma riski artır və vitamin itkisi başlayır.
Dondurulmuş ət düzgün temperaturda saxlanılan dondurulmuş ətin tərkibindəki mikronutrientlər (dəmir, sink, B qrupu vitaminləri) aylarla sabit qalır. Burada ən kritik məqam ətin necə buzu açılmasıdır.
Qida dəyərini itirən dondurulmuş ətin özü deyil, onun yanlış şəraitdə açılmasıdır.
Əgər kənd təsərrüfatı məhsulunun təzəliyinə (kəsim vaxtına) tam əminsinizsə, təzə ət hər zaman bir nömrəli seçimdir. Lakin ətin mənşəyi və saxlama müddəti şübhəlidirsə, etibarlı markaların dondurulmuş məhsulları daha təhlükəsiz hesab olunur.






