
Yerkökü A vitamini ilə zəngindir və görmə qabiliyyəti üçün əvəzsiz qidadır. Foodinfo.az bildirir ki, gündə 1 ədəd çiy yerkökü yemək gözləri zəifləməkdən qoruyur. Tərkibindəki beta-karotin gecə görməsini yaxşılaşdırır. Yerkökü dərini cavan saxlayır və saç tökülməsinin qarşısını alır.
Həmçinin immunitet sistemini gücləndirir. Mütəxəssislər onu salatlarda və smuzilərdə istifadə etməyi tövsiyə edir. Yerkökü qanda şəkər səviyyəsini tənzimləyir və mədənin fəaliyyətini dəstəkləyir. Orqanizmi təbii yolla toksinlərdən təmizləyir. Tərkibindəki liflər bağırsaq fəaliyyətini sürətləndirir.
Hamilə qadınlar üçün də faydalıdır. Çünki fol turşusu və C vitamini ilə zəngindir. Uşaqlar üçün də dadlı və sağlam qəlyanaltıdır.