
Saç sağlamlığının yalnız xarici qulluqla deyil, gündəlik qidalanma və içkilərlə də birbaşa əlaqəli olduğu bildirilir.
Foodinfo.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi içkilərin tez-tez qəbulu saçların zəifləməsinə və tökülməsinə səbəb olur.
Araşdırmalara görə, şirin qazlı içkilər və enerji içkiləri tərkibində yüksək miqdarda şəkər və kimyəvi qatqılar saxladığından hormonal tarazlığı pozur, saç köklərini zəiflədir.
Alkoqollu içkilər isə bədəndə vitamin və mineral çatışmazlığı yaradır ki, bu da saçların tökülməsini sürətləndirir.
Bundan əlavə, həddindən artıq qəhvə və qara çay istehlakı orqanizmdən kalsium və maqnezium kimi vacib mineralların atılmasına səbəb olur.
Market şirələri də əlavə şəkər və konservantlar səbəbilə saç sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislər saç tökülməsinin qarşısını almaq üçün su, təbii meyvə şirələri, ayran və bitki çayları kimi daha sağlam içkilərə üstünlük verməyi tövsiyə edirlər.
Yəni sağlam saçlar üçün təkcə kosmetik vasitələr deyil, gündəlik seçdiyiniz içkilər də böyük rol oynayır.