
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mollalı kəndində fəaliyyət göstərən, Mehdiyev Vüsal Vəli oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qablaşdırma və istehsalın eyni sahədə həyata keçirildiyi məlum olub, həmçinin götürülmüş yaxma nümunələrinin laborator müayinəsi nəticəsində işçinin əlində, mayalanma vannasında və istifadə olunan alətdə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



