
Mütəxəssislər bildirirlər ki, rozmarin bitkisinin suyu yalnız yeməklərə ləzzət qatmaqla kifayətlənmir, həm də orqanizm üçün faydalıdır.
Foodinfo.az xəbər verir ki, rozmarin suyu həzm sistemini yaxşılaşdırır, şişkinlik və qaz problemini azaldır, həmçinin qan dövranını stimullaşdıraraq yorğunluğu azaldır.
Bundan başqa, tərkibindəki antioksidantlar sayəsində yaddaş və diqqəti gücləndirir, immuniteti dəstəkləyir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, rozmarin suyunu həddindən artıq qəbul etmək təzyiqi yüksəldə, hamilə qadınlar üçün uyğunsuz ola və böyrək və ya qaraciyər xəstələri üçün risk yarada bilər.
Tövsiyə olunur ki, gündə təxminən 1 stəkan rozmarin suyu və ya çayı içilsin.