Mütəxəssislər bildirirlər ki, tərkibi vitamin və minerallarla zəngin olan artișok həm qida, həm də təbii müalicə vasitəsi kimi dəyərləndirilir.

Foodinfo.az xəbər verir ki, artișokun ən mühüm faydalarından biri qaraciyəri toksinlərdən təmizləməsi və hüceyrələrin yenilənməsini dəstəkləməsidir. 

Bundan əlavə, liflə zəngin olduğu üçün həzm sistemini yaxşılaşdırır, qəbizliyi azaldır.

Həkimlərin sözlərinə görə, bu tərəvəz həm də xolesterini aşağı salır, damarların sağlamlığını qoruyur və ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

Bundan başqa, artișokun qanı təmizlədiyi, qan şəkərini tarazladığı və immuniteti gücləndirdiyi də qeyd olunur. Antioksidant təsiri sayəsində həm orqanizmi sərbəst radikallardan qoruyur, həm də dərinin sağlam görünməsinə yardım edir.

Mütəxəssislər xüsusən qaraciyər və həzm problemləri yaşayanlara artișoku pəhrizlərinə əlavə etməyi tövsiyə edirlər.