Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Şorsulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Bayram Qənbəralı oğluna məxsus yem satışı mağazasında yoxlama keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı mağazada mənşəyi məlum olmayan yem məhsullarının satışa çıxarıldığı aşkarlanıb, həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.