Sauthempton Universiteti Klinikasının tədqiqatçıları Banqor Universitetindən olan həmkarları ilə birlikdə orta səviyyədə spirtli içki qəbulu ilə xərçəng xəstəliyinin inkişafı riski arasında qarşılıqlı əlaqəni qiymətləndirib. Alimlər araşdırmanı siqaret çəkənlər və çəkməyənlər arasında aparıb. Foodinfo.az yenicag.az-a istinadən bildirir ki, bu barədə elmi araşdırmanın nəticələri "MedicalExpress" nəşrində dərc olunub. Elmi işin müəlliflərinin yazdığına görə, həftə ərzində bir şüşə şərab qəbul edən siqaret çəkməyən insanlarda xərçəngin inkişafı riski - kişilərdə 1%, qadınlarda isə 1,4% təşkil edir. Spirtli içki qəbul edən güclü cinsin nümayəndələri daha çox mədə-bağırsaq traktının bədxassəli şişlərindən əziyyət çəkir. Qadınlarda isə daha çox süd vəzi xərçəngi müşahidə olunur (ümumi halların 55%-də). "Tədqiqatın nəticələrinə görə, bir şüşə şərabın "siqaret ekvivalenti" - kişilər üçün həftəyə beş siqaret, qadınlar üçün həftəyə 10 siqaret təşkil edir", - deyə alimlər bildirir.
Son xəbərlər
- Depressiyanın qarşısını almağa kömək edən 3 QİDA
- BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar
- Diyetoloq südlə bağlı mifləri şərh edib
- Divandan durmadan da arıqlaya bilərsiniz - Necə?
- İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
- Gündə bir stəkan soda içmək buna səbəb olur