Gündəlik həyatda sağlam qida olaraq qəbul etdiyimiz bir sıra məhsulların da müxtəlif fəsadları var. Foodinfo.az yenicag.az-a istinadən bildirir ki, ürəyində problemi olan şəxslər, xüsusilə, qidalanmalarına diqqət etməlidir. Əks təqdirdə, damarlar tıxanır və qanın orqanlara çatdırılmasında ciddi problemlər yaranır. Ət - doymuş yağ və xolesterol səviyyəsi yüksən olan bu məhsulu həftədə iki dəfədən artıq qəbul etmək məsləhətli deyil. Yumurta - yumurta sarısında damarları tıxayan lipoprotein mövcuddur. Toyuq dərisi - bu qida isə damarların divarlarında yağlanma yaradır. Trans yağ - hər gün qəbul etdiyimiz qidaların çoxunda trans yağ və ya hidrogenləşmiş əsas yağlar var. Bu cür yağlar daha çox emal edilən qidalarda, marqarində, sobada bişirilən və ya dondurulan qidalarda olur.