İngiltərədə bir kişi banan qabığından zəhərli hörümçək tapıb. Bu barədə “Daily Star” nəşri məlumat verib. Foodinfo.az xəbər verir ki, ingiltərə sakini supermarketdən bir salxım banan alıb. O, meyvəni yemək üçün, soymağa başladıqda qorxunc mənzərə ilə qarşılaşıb. Kişi bananın qabığında zəhərli hörümçək tapıb. Bir neçəsi ölən böcəklərin, canlı olanları da olub. O, hörümçəyin  fotolarını mütəxəssisə yolladıqdan sonra bunların dünyanın ən təhlükəli həşərat növlərindən biri olan, Braziliyada yaşayan köç edən zəhərli hörümçəklər olduğunu öyrənib. (ölkə.az)