Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 60.18 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Son xəbərlər
- Şaftalı bu xəstəliyi olanlara faydalıdır
- Bu ədviyyatı zeytun yağı ilə qarışdırın
- İmtahandan əvvəl yaddaşı gücləndirən qidalar
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız