Ev şəraitində yetişdirilən almaların uzun müddət təravətli qalması üçün sadə, lakin təsirli üsul var. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin “Ətraf mühitin mühafizəsi” kafedrasının aparıcı mühəndisi və biologiya üzrə mütəxəssis Mariya Kombarova məlumat verib.
Alim bildirib ki, meyvələrin təravətini uzun müddət saxlamağın əsas sirri onların üzərində qoruyucu təbəqə yaratmaqdır. Onun sözlərinə görə, hər bir almanı əridilmiş arı mumuna və ya parafinə batırılmış salfetlə yüngülcə silmək lazımdır. Bu proses “mumlama” adlanır və almaların üzərində nazik, nəfəsalan təbəqə yaradaraq rütubətin itirilməsinin qarşısını alır.
Kombarova qeyd edib ki, bu məqsədlə təbii materiallardan, xüsusilə də arı mumundan istifadə etmək daha məqsədəuyğundur, çünki o, meyvələrin tərkibinə zərər vermir və onların təbii dadını saxlayır.
Mütəxəssis əlavə edib ki, uzunmüddətli saxlama üçün yalnız ağacdan zədələnmədən yığılmış, yəni qabığında çat və zədə izi olmayan meyvələr uyğundur. Belə almalar təbii mum təbəqəsi ilə işlənəndə həm görünüşünü, həm də dad keyfiyyətlərini aylarla qoruyur.






