Müasir həyat tərzi, stres və yuxusuzluq insanların gündəlik həyatında baş ağrılarının artmasına səbəb olur. Həkimlər bildirirlər ki, baş ağrısı bəzən sadə yorğunluqdan qaynaqlansa da, ciddi xəstəliklərin ilk xəbərçisi də ola bilər.

Foodinfo.az baş ağrısına səbəb olan əsas amilləri təqdim edir:

1. Stress və gərginlik – Emosional və fiziki gərginlik baş əzələlərinin sıxılmasına səbəb olur.

2. Yuxusuzluq və nizamsız yuxu rejimi – Beynin yetərli istirahət etməməsi ağrını artırır.

3. Susuzluq – Orqanizmin su çatışmazlığı beynin fəaliyyətinə təsir edir.

4. Qan təzyiqi dəyişiklikləri – Həm yüksək, həm də aşağı təzyiq ağrıları tətikləyə bilər.

5. Zərərli qidalar və içkilər – Qəhvə, şokolad və duzlu yeməklər bəzi insanlarda migrenə səbəb olur.

6. Hormonal dəyişikliklər – Qadınlarda aybaşı dövründə və menopauza zamanı baş ağrıları daha çox müşahidə olunur.

Əgər baş ağrısı tez-tez təkrarlanır, görmə pozğunluğu, ürəkbulanma və başgicəllənmə ilə müşahidə olunursa, bu, migren və ya digər nevroloji xəstəliklərin əlaməti də ola bilər.

Baş ağrısını aradan qaldırmaq üçün yalnız dərmanlara güvənmək düzgün deyil. Əsas məqsəd ağrının səbəbini tapmaq və onu aradan qaldırmaq olmalıdır. Sağlam qidalanma, balanslı yuxu və stressin azaldılması isə bu problemin qarşısını almağın ən təsirli yollarındandır.