Qatıq tərkibindəki probiotiklər sayəsində həzm sistemi üçün ən faydalı məhsullardan biri hesab edilir. Həkimlər onun bağırsaq mikroflorasının balansını qorumaqda mühüm rol oynadığını bildirirlər.
Foodinfo.az “Verywell Health” portalına istinadla xəbər verir ki, qastroenteroloq Helen Murray qatığın faydalı bakteriyalar baxımından zəngin olduğunu deyib.
Onun sözlərinə görə, probiotiklər bağırsaqda zərərli bakteriyaların çoxalmasının qarşısını almağa kömək edir və immun sistemini gücləndirir.
Mütəxəssislər şəkərsiz və təbii qatığın daha faydalı olduğunu vurğulayırlar. Meyvəli və əlavə şəkərli məhsulların isə ehtiyatla seçilməsi tövsiyə edilir.
Araşdırmalar qatığın gündəlik istifadəsinin həzm problemlərini azaltmağa və bağırsaq fəaliyyətini yaxşılaşdırmağa kömək edə biləcəyini göstərir.






