Qızardılmış kartofun dadını daha zəngin və iştahaaçan etmək üçün istifadə olunan ədviyyatlar kulinariya mütəxəssisləri tərəfindən açıqlanıb.

Foodinfo.az xəbər verir ki, ən klassik seçim duz və qara istiotdur. Bu iki ədviyyat kartofun təbii dadını ön plana çıxarır və sadə, lakin balanslı bir ləzzət yaradır.

Bununla yanaşı, paprika da ən çox istifadə olunan ədviyyatlar sırasındadır. O, həm rəng, həm də yüngül ədviyyatlı dad verərək kartofu daha iştahaaçan edir. Sarımsaq tozu və soğan tozu isə kartofa daha zəngin və “fast food” tipli dad qatır.

Daha fərqli dad axtaranlar üçün rozmarin və kəklikotu tövsiyə olunur. Bu ətirli bitkilər kartofa restoran keyfiyyətinə yaxın xüsusi aroma verir.

Acılı yeməkləri sevənlər isə çili lopalarından istifadə edə bilərlər. Sonda üzərinə az miqdarda parmesan pendiri əlavə edildikdə kartof daha da ləzzətli olur.

Ədviyyatlar kartof isti-isti çıxan kimi əlavə edilməlidir ki, dad daha yaxşı hopsun və nəticə daha uğurlu olsun.