Təbii içkilər arasında yaşıl çay sağlamlığa müsbət təsiri ilə geniş tanınır. Onun gündəlik istifadəsi bir çox xəstəliklərin qarşısının alınmasına kömək edə bilər. Foodinfo.az medicalnewstoday saytına istinadla xəbər verir ki, yaşıl çay güclü antioksidant təsirə malikdir.
Mütəxəssislərin sözlərinə görə, yaşıl çay maddələr mübadiləsini sürətləndirir və orqanizmdə yığılan zərərli maddələrin xaric olunmasına kömək edir. Bu xüsusiyyətləri sayəsində arıqlamaq istəyənlər üçün də uyğun içki sayılır.
Bundan əlavə, yaşıl çay beyin fəaliyyətinə də müsbət təsir göstərir və diqqətin artmasına kömək edir. Onun müntəzəm qəbulu ümumi sağlamlıq üçün faydalı hesab olunur.






