Gecə saatlarında qida qəbulunun sağlamlığa təsiri uzun illərdir müzakirə olunan mövzulardan biridir və bu vərdişin metabolizmə təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar günün əsas qidasını axşam saatlarına saxlayır ki, bu da müəyyən risklər yarada bilər. Foodinfo.az Medical News Today portalına istinadla xəbər verir ki, gec saatlarda qidalanma çəki artımı ilə əlaqəli ola bilər.

Məlumata görə, axşam saatlarında metabolik proseslər nisbətən yavaşlayır və qəbul edilən kalorilər daha az effektiv şəkildə sərf olunur. Bu isə artıq enerjinin yağ şəklində yığılmasına səbəb ola bilər. Eyni zamanda gecə yeməyi yuxu keyfiyyətinə də mənfi təsir göstərə və hormonal balansı poza bilər.

Bununla belə, mütəxəssislər bildirirlər ki, əsas məsələ yalnız saat deyil, gün ərzində qəbul edilən ümumi kalori və qidanın keyfiyyətidir. Balanslı qidalanma və düzgün rejim artıq çəkinin qarşısını almaqda daha effektiv hesab olunur.