Son illərdə sağlam qidalanma ilə maraqlananların diqqətini çəkən maddələrdən biri də resveratroldur. Bu maddə güclü antioksidant xüsusiyyətlərə malik olub, orqanizmin müxtəlif funksiyalarına müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, resveratrol əsasən bitkilərdə təbii şəkildə yaranır və onları zərərli xarici təsirlərdən qorumaq üçün istehsal olunur. Bu maddə xüsusilə qırmızı üzümün qabığında, qırmızı şərabda, bəzi giləmeyvələrdə və yerfıstığında daha çox rast gəlinir.
Araşdırmalara görə, resveratrol hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyaraq ümumi sağlamlığa dəstək verir.
Eyni zamanda ürək-damar sisteminin qorunmasında, iltihabın azaldılmasında və yaşlanma prosesinin ləngidilməsində rol oynadığı bildirilir.
Bununla belə, resveratrolun təsirləri hələ də tam şəkildə öyrənilməyib. Xüsusilə əlavə qida (supplement) formasında qəbul edilərkən ehtiyatlı olmaq və həkim məsləhəti almaq tövsiyə olunur.
Sonda vurğulayaq ki, resveratrolu təbii qidalardan, balanslı və müxtəlif qidalanma çərçivəsində qəbul etmək daha məqsədəuyğundur.






