Şirin qidalardan tam imtina etmədən sağlam seçim etmək istəyənlər üçün darçınlı alma deserti ideal variant hesab olunur. Bu resept həm asan hazırlanır, həm də aşağı kalorili olur.
Foodinfo.az “Good Food” jurnalına istinadla xəbər verir ki, britaniyalı aşpaz Emma Richards sobada bişirilən almanın sağlam desertlər arasında xüsusi yer tutduğunu bildirib.
Resept üçün alma dilimlənir, üzərinə darçın və az miqdarda bal əlavə edilərək sobada bişirilir. İstəyə görə qoz və ya yulaf da əlavə etmək mümkündür.
Mütəxəssisin sözlərinə görə, alma liflə zəngin olduğundan həzm sisteminə fayda verir, darçın isə qan şəkərinin stabilləşməsinə kömək edə bilər.
Bu desert şəkərli şirniyyatlara sağlam alternativ hesab edilir və axşam qəlyanaltısı üçün uyğun seçim sayılır.






